EC2018 - Təhsil Konfransı - 2018

Konfransa xoş gəlmisiniz

Baxış Kriteriyaları Əsas Məruzəçilər

Proqram

Paralel Sessiyalar Gündəliyi

Gündəlik

Konfrans öncəsi Seminarlar

Gündəlik

Vacib və Son Tarixlər

Vacib və Son Tarixlər:

Abtraktların göndərilməsi üçün son tarix: 29 Yanvar 2018

Seçilmiş namizədlər məlumatlandırılır: 16 Fevral 2018

Tədqiqatın tamamlanmış versiyasının göndərilməsi üçün son tarix: 23 Aprel 2018

Tədqiqat və prezentasiyalara baxış başlayır: 14 May 2018

Konfransa qeydiyyat üçün son tarix: 21 May 2018

Konfransdan öncə seminarlar: 5-6 İyun 2018

Konfrans tarixi: 7-8 İyun 2018

TBD

Məruzəçilər

5

Qiymətləndirmə Komitəsi Üzvləri

250

İştirakçılar

TBD

Nəşr Edilmiş Məqalələr

Məqalələrin Baxış Kriteriyaları

Əsas Məruzəçilər

Professor Katrin Maqno

Əsas Məruzəçi

Katrin Maqno İsveçrənin Friburq Universitetinin ədəbiyyat fakültəsinin professorudur. Burada o, Təhsil Elmləri şöbəsinin nəzdində Beynəlxalq Təhsil Siyasəti adlı proqrama başçılıq edir. Bundan əvvəl xanım Maqno Kolumbiya Universitetinin Müəllimlər Kollecində ziyarətçi professor (2014-2016) və Konnektikut Ştat Universitetində professor (2002-2014) kimi çalışmışdır. Maqnonun tədqiqat sahələri müqayisəli və beynəlxalq təhsil, təhsilin idarə olunması, gender və miqrasiyanı əhatə edir. Onun publisistik fəaliyyəti iki kitabla (“Yeni Pityan Sədalar: Orta Şərqin QHT-lərində siyasi kapital inşa edən qadınlar” və “Beynəlxalq Təhsil Liderliyində Müqayisəli Perspektivlər: Siyasət, Hazırlıq və Təcrübə”) yanaşı xeyli sayda kitab fəsilləri, jurnal məqalələri və islahat üçün yol xəritələrindən ibarətdir. Prof. Maqno həmçinin təhsil hüquqlarını qlobal səviyyədə təbliğ etmək naminə konsultant kimi UNİCEF, USAİD və Açıq Cəmiyyət İnstitutu ilə əməkdaşlıq edir.

Professor Efim Y Koqan

Əsas Məruzəçi

Efim Y. Koqan Samara Aerokosmik Universitetinin Fizika-riyaziyyat elmləri professorudur. Dr. Koqan təhsil sisteminin müxtəlif aspektlərinin modernləşməsi üçün məxsusi olan model, mexanizm və texnologiyalar hazırlayır və təqdim edir. Bunlara nümunə olaraq aşağıdakıları saymaq olar: təhsildə məhəlli idarəetmə, şagirdlərin aparıcı keyfiyyətlərinin inşası və qiymətləndirməsi, ilkin və orta peşə təhsili sistemində marketinq xidmətləri və resurs mərkəzlərinin tərtibatı, təhsil sisteminin qurulmasında adambaşına düşən vəsait, qulluqda olan müəllimlərin “voçer” əsasında təlimi, xüsusi ehtiyacları olan uşaqların daimi orta məktəblərə inteqrasiyası, professional təlim üçün yerləşdirmənin rəqabətli mühit çərçivəsində və aralıq rüb əsasında olması, çoxsəviyyəli və çoxsahəli təhsil komplekslərinin yaradılması: vilayət kollecləri və professional karyera hazırlığı üçün mərkəzlər şəbəkəsi, ilkin və orta peşə təhsili məzunlarının sertifikasiyası, peşə təhsili kontentinin modul qabiliyyətli texnologiya əsasında hazırlanması. Bütün qeyd olunan innovasiyalar təqdir olunub və keyfiyyəti ümumi və peşə təhsilinin regional səviyyəsində təsdiqlənib.

Professor Alan C. DeYounq

Əsas Məruzəçi

Alan C. DeYounq Stanford Universitetindən Uşaq İnkişafı üzrə magistr və Təhsildə Antropoloji və Sosioloji Tədqiqatlar üzrə PhD dərəcəsinə sahibdir. O, Kentaki Universitetində 35 ildən çox professor kimi çalışıb və Təhsil Siyasəti Araşdırmaları və Analizi şöbəsinin rəhbəri olub. Dr. DeYanq təhsilin sosiologiyası, təhsil siyasəti, müqayisəli təhsil və Amerika mədəniyyətində təhsilin yeri fənlərindən dərs deyir. O, həmçinin Yeni Zelandiyanın Aukland Universiteti, Roma Universiteti, Qazaxıstanın Almatı Dövlət Universiteti, Qırğızıstanın Beynəlxalq Universiteti və Türkmənistanın Beynəlxalq Sosial Elmlər Universitetində ziyarətçi professor olmuşdur. DeYanq Fulbrayt təqaüd proqramının dördqat mükafatçısıdır. Dr. DeYounqın tədqiqat sahəsi iki qola ayrılır. Bunlardan biri Amerika kəndlərində təhsil islahatının sosiologiya, siyasət və iqtisadiyyata təsiri haqqındadır. O, Qərbi Virciniya, Kentaki və Tenessinin məktəb islahatları məsələlərindən onlarla məqalə və bir neçə kitab yazıb. Kitablardan biri – “Bir Amerikan kənd məktəbinin yaşamı və ölümü” ona 1996-cı ildə Milli Kənd Təhsili Assosiyasiasının təsis etdiyi milli araşdırma mükafatı qazandırıb. DeYanqın digər araşdırma sahəsi keçmiş Sovet ölkələrinin təhsil siyasətlərində transformasiyalarla bağlıdır. O, fəaliyyətinin son 20 ilini Mərkəzi Asiyanın post-Sovet respublikalarında təhsil islahatları və onların problemlərini araşdırmağa həsr etmişdir. Bununla yanaşı, DeYanq 2012-2014-cü illərdə Karaçidə Ağa Xan Universitetinin Təhsilin İnkişafı İnstitutunun direktoru kimi çalışmışdır. Bu ölkələrdə təhsilin dinamikası və problemlərilə bağlı yazdığı onlarla məqalə və kitab fəsillərinə əlavə olaraq, o, Qırğızıstanda orta və ali təhsilin problemlərindən bəhs edən iki kitab çap etmişdir. Kitablardan biri belə adlanır: “Keçid Dövründə Boşluq: Müasir qırğız dövlətində tələbələri və universitetləri yenidən kəşf etmək (2011)” DeYanqın Mərkəzi Asiyada tədqiqat işləri xeyli sayda beynəlxalq və Amerikan təşkilatlarından maddi olaraq dəstəklənmişdir.

Professor Devid Brics

Əsas Məruzəçi

Professor Devid Brics Şərqi İngiltərə Universitetinin əməkdar professorudur. O, həmçinin Homerton Kembric Kolleci və Seint Edmund Kollecinin əməkdar üzvüdür. Burada o, çoxyönlü araşdırma institutu olan Von Hügel İnstitutunu idarə etmişdir. Prof. Brics bu yaxınlara qədər Kembric Universitetinin təhsilin idarə olunması fakültəsində Qazaxıstan və Monqolustan üzrə tədqiqat direktoru olmuşdur.
Devid Brics başda Efiopiya ilə 26 il davam edən əlaqələri olmaqla gördüyü bütün işlərlə təhsilin inkişafına beynəlxalq səviyyədə töhfə vermişdir. Onun akademik fəaliyyəti fəlsəfə və empirik araşdırma arasında körpü rolunu oynayır.
Prof. Brics Böyük Britaniyanın Təhsilin Fəlsəfəsi Cəmiyyətinin fəxri prorektorudur. Bununla yanaşı, o həm Britaniya, həm Avropa Təhsil Araşdırması Assosiyasialarının şura üzvü olub. Bricsin ən son məqalələri bunlardır: “Təhsil araşdırmasında fəlsəfə: epistemologiya, etika, siyasət və keyfiyyət” və “Təhsildə islahat və beynəlmiləlləşmə: Qazaxıstan nümunəsi”.

Qiymətləndirmə Komitəsi

Dr. Anar M. Vəliyev

üzv

Anar Vəliyev ADA Universitetinin dosentidir. Tədqiqat sahəsi dövlət siyasəti və şəhərsalma üzrədir. O, Bakı Dövlət Universitetinin tarix fakültəsindən bakalavr və ilk magistr dərəcələrini alıb. Dr. Vəliyev ikinci magistratura təhsilini İndiana Universitetində, doktorantura təhsilini isə Luisvil Universitetində alıb. O, təhsil sistemində 10 ildən çoxdur çalışır və ABŞ, Çexiya, və başqa Avropa ölkələrində iş təcrübəsinə sahibdir. A.Vəliyev ADA-ya 2008-ci ildə qoşulub.

Prof. Corc Fridrix Simet

üzv

"ADA Universitetində tədris və tədqiqat potensialının gücləndirilməsi" mövzusunda AB maliyyələşdirilən Texniki Yardım layihəsi çərçivəsində tədris və əhatə potensialının inkişaf etdirilməsi üçün komanda lideri və baş mütəxəssis Georg Fridrix Simet. Professor Simetin təcrübə sahələrindən biri akademik yazı və elm nəzəriyyəsini öyrədir. Profesional Simet, qeyri-rəsmi bir müsahibədə yazı yazmağı və öz yazı təcrübələrini danışacaq.

Dr. Turanə Əliyeva

üzv

Turanə Əliyeva ADA Universitetəndə müəllim vəzifəsində fəaliyyət göstərir. Əsas tədqiqat istiqamətləri qiymətləndirmə alətlərinin kross-kultural adaptasiyası, uşaq inkişafı, qender bərabərliyi, ailə-məişət zəminli zorakılıq, stressin səbəbləri və onların aradan qaldırılması yolları. T.Əliyeva ABŞ-da Vaşinqton Universitetində magistr təhsilini bitirmiş (MSW) və psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır (Bakı Dövlət Universiteti). Turanə Əliyeva ADA Universitetində fəaliyyətə başlamazdan öncə müxtəlif yerli və beynəlxalq təşkilatlarda (xüsusi qayğıya ehtiyacı olan uşaqlar, inklüziv təhsil, gender bərabərliyi, iş fəaliyyətində psixoloji dəstək) və ali təhsil müəssisələrində fəaliyyət göstərib. Turanə Əliyeva Amerika Psixoloqlar Assosiasiyasının üzvüdür.

Dr. Lalə Cüməyeva

üzv

Lalə Cüməyeva ADA Universitetində 2012-ci ildən İctimai və Beynəlxalq Əlaqələr Fakultəsində Siyasi Elmlər üzrə Müəllim kimi fəaliyyətə başlayıb və bu sahə üzrə bir neçə fənn tədris edib. Dr. Cüməyeva Doktorantura təhsilini İngiltərənin Birminqem Universitetinin Siyasi Elmlər və Beynəlxalq Tədris Fakultəsində alıb. Dr. Cüməyevanın tədqiqat sahəsı etnik münaqişələr, münaqişələrin transformasiyası və münaqişələrdə vasitəçiliyi əhatə edir.

Ülkər Babayeva

üzv

Ülkər Babayeva – Azərbaycan Respublikası Mərkəzi Bankının İqtisadi maarifləndirmə şöbəsinin rəisi və təhsil üzrə müstəqil konsultantdır. O, apardığı cari tədqiqatı çərçivəsində effektiv öyrənmə təcrübəsinin qazanılmasına xidmət edən texnologiyalarla zəngin təlim mühitini araşdırır. Həmçinin o, hazırda Amerika Birləşmiş Ştatlarının (ABŞ) Merilənd ştatında yerləşən Cons Hopkins Universitetinin doktorantıdır. Onun son layihəsi texnologiyanın ümumi təhsilə səmərəli inteqrasiyasını təşviq edən peşəkar inkişaf modelinin yaradılmasına yönəlmişdir. O, ADA Universiteti, ABŞ təhsilli Azərbaycan Məzunlar Assosiasiyası və Təhsil Nazirliyinin 2017 və 2016-cı illərdə təşkil etdiyi “Ali təhsildə maliyyə və sahibkarlıq fəaliyyətləri: Problemlər və perspektivlər” və “Təhsil Siyasəti və Tədqiqat Forumu”da qiymətləndirmə komitəsinin üzvü olmuşdur.

Təşkilat Komitəsi

Dr. Vəfa Kazdal

Sədr

Hal hazırda Dr. Vəfa Kazdal ADA Universitetinin tədris üzrə prorektor vəzifəsində çalışır.
Prorektor vəzifəsindən əvvəl o, ADA Universitetinin Təhsil İnstiutunun, Humanitar və Dəqiq Elmlər fakultəsinin dekanı və Elmi və Peşakar Məqsədlər Üçün İngilis dili proqramının direktoru vəzifələrində fəaliyyət göstərmişdir.
O, tədris və təlim sahəsində geniş bilik və təcrübəyə malik mütəxəssisdir, ingilis dilinin filologiyası və tədrisi üzrə Azərbaycan Dillər Universitetindən Bakalavr dərəcəsinə, İngilis dili və Metodologiya üzrə İngiltərənin Warwick Universitetindən Magistr dərəcəsinə, Pedaqoqika üzrə Azərbaycan Dillər Universitetindən Fəlsəfə Elmləri Namizədi dərəcəsinə malikdir.
Eyni zamanda, ABŞ dövlətinin İndiana Universitetində, Miçigan Universitetində və İngiltərənin Oxford Universitetində tətdqiqat aparmaq və qısa müddətli pedaqoji fəaliyyət göstərmək mukafatlarına layiq olmuşdur.
O, təhsilin idarə olunması, təhsildə islahataların təşkili və implementasiyası, tədrisin təşkili, kurrikulum hazırlanması və qiymətləndirilməsi, müəllimlərin peşəkər hazırlığı kimi sahələri üzrə müxtəlif tədris proqramlarının müəllifidir və qeyd oluna sahələr üzrə ADA Universiteti, Azərbaycan Dillər Universiteti, Bahçeşehir Universiteti, Britanya Şurası, İndiana Universiteti, Beynəlxalq Araşdırmalar üzrə Montenerey İnstitutunda, SABAH grupları və GİZ kimi müəssisələrdə pedaqoji heyyət və təlimçi kimi fəaliyyət göstərmişdir.
Vəfa Kazdalın tədqiqat maraqları dil və milli identifikasiya, təhsil və milli identifikasiya, müəllimin peşakar hazırlıqı, kurrikulumun təşkili və qiymətləndirilməsi. Onun ən son tedqiqatı “Tədris dilinin Azəerbaijan gənclərinin milli identifikasiyasının formalaşmasına təsiri” 2014 ildə Journal of Natonalism and Ethnicity (Milliyətçilik və Etniklik Jurnalı) dərc olunmuşdur.

Səidə Nəbiyeva

üzv

Səidə Nəbiyeva hazırda ADA Universitetinin təhsilin idarəolunması fakültəsində proqram meneceri kimi magistr və serfitikat proqramlarına rəhbərlik edir. O, təhsil və sosial sektorlarda, xüsusilə proqram dizaynı, kurrikulum inkişafı, proqram təhlili, müəllimlərin təkmilləşməsi və ali təhsil səviyyəsində tədris fəaliyyətləri ilə cəlbedici iş təcrübəsinə sahib layihə meneceridir. S.Nəbiyeva magistr dərəcəsini ABŞ-ın Massaçusets Universitetinin Təhsil proqramında, təhsil siyasəti və beynəlxalq təhsil sahələrində ixtisaslaşmaqla alıb.
ADA Universitetinə qoşulmazdan əvvəl, S.Nəbiyeva müxtəlif beynəlxalq qurumlarda (SOS Uşaq Kəndləri, Britaniya Şurası, Uşaqların Xilası, IFES, Dünya Bankı Təhsil Layihəsinin Koordinasiyası bölümü, ABŞ Sülh Korpusu) əsasən təhsil proqramlarının idarə olunmasında çalışıb. Əlavə olaraq, o, Dünya Bankı, BMT-nin İnkişaf Proqramı, ATƏT və başqa qurumlar üçün məsləhət və təlim xidmətləri göstərir.
S.Nəbiyeva bir peşəkar kimi həm Azərbaycan, həm ölkə xaricində müxtəlif təkmilləşmə proqramlarında iştirak edib.

Dr. Ülviyyə Mikayılova

üzv

Ülviyyə Mikayılova təhsildə tədqiqat sahəsində geniş bilik və təcrübəyə malik mütəxəssisdir. O, fizika və fizikanın tədrisi üzrə Bakı Dövlət Universitetini fərqlənmə ilə bitirmişdir. Təhsildə Liderlik və Menecment üzrə İngiltərənin Mançester Universitetindən Magistr dərəcəsinə, Biologiya üzrə Tbilisi Dövlət Universitetindən Fəlsəfə Elmləri Namizədi dərəcəsinə malikdir. O, təhsildə innovasiyaların tətbiqi sahəsində 1998-2015-ci illərdə fəaliyyət göstərmişdir. Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunda Addım-Addım Erkən Yaş Dövrünün proqramına rəhbərlik etmişdir. 2004-cü ildən 2015-ci ilədək Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi İB-nin direktoru vəzifəsində çalışmışdır. Ülviyyə Mikayılova bir neçə mötəbər beynəlxalq peşəkar şəbəkə təşkilatlarının üzvüdür. 2002-2005-ci illərdə Beynəlxalq Addım-Addım Assosiasiyasının İdarə Heyyətinin üzvü, 2006-cı ildə həmin Assosiasiyasının Vitse-Prezidenti, və 2012-ci ildən isə Proqram Komitəsinin üzvüdür.
Hazırda ADA Universitetinin Təhsil fakültəsində baş müəllim vəzifəsində çalışır. Ülviyyə Mikayılova akademik fəaliyyətə müvəffəqiyyətlə davam edərək, həm xarici, həm də yerli elmi nəşrlərdə məqalələr dərc etdirmişdir. Ülviyyə Mikayılova təhsil üzrə məsləhətçi və təlimçilik üzrə təkmilləşmişdir. Xüsusilə, təhsil işçiləri üçün təlimlərin hazırlanması və keçməsi və s bu kimi təcrübələri onun təlimçilik və tədris etmə bacarıqlarının inkişafına töhfə vermişdir. Eyni zamanda, Ülviyyə Mikayılova 2009-cu ildən Dünya Bankının və YUNİSEF-in beynəlxalq məsləhətçisi kimi həm xarici ölkələrdə, həm də Azərbaycanda bir sıra islahat yönümlü layihələrdə xidmət gtöstərmişdir. 2009-cu ildə Ülviyyə Mikayılova təhsildə göstərdiyi xidmətlərə görə Təhsil Nazirliyi tərəfindən Təhsil Əlaçısı medalı ilə təltif edilmişdir.
Ülviyyə Mikayılovanın peşəkar maraq sahəsinə az imkanlı ailələrdən olan, əlilliyi olan, xüsusi qayğıya ehtiyacı olan, qaçqın və məcburi köçkün və digər həssas uşaqların təhsildə sosial inklüziyası daxildir.

Ramil Mustafayev

üzv

Ramil Mustafayev hazırda ADA Universitetinin Təhsil Məktəbində akademik yazı üzrə müəllimdir. O, Böyük Britaniyanın Nottingem Universitetindən Təhsilin Təşkili və İdarə edilməsi üzrə Magistr dərəcəsi almışdır. 2016-cı ilin sentyabr ayında ADA Universitetinin Təhsil Fakültəsinə qoşulmazdan əvvəl, Ramil Mustafayev özəl ümumtəhsil məktəbində Kurikulum köməkçisi kimi çalışmış və eyni zamanda ali təhsil müəssisəsində təhsililin idarə olunması, tədrisin planlaşdırılması, tədris və qiymətləndirmə fənlərini tədris edmişdir. Akademik yazı üzrə müəllim olmaqla yanaşı cənab Mustafayev həm də ADA Universitetində yazı proqramının sədri kimi çıxış edir.
Onun akademik tədqiqat maraqları təlim, tədris və innovasiya çərçivəsində ümumiləşdirilə biləcək geniş mövzuları əhatə edir. Cənab Mustafayev həm tam-orta, həm də ali təhsil pillələrində tədrisin təşkili, keçirilməsi və qiymətləndirməsinə yaxından maraq göstərir. O, həmçinin magistr dissertasiyasını müasir texnologiyaların təhsil üçün imkanlarına, daha dəqiq İKT-nin təhsildə uğurlu tətbiqinə və təhsil müəssisəsi rəhbərliyinin bu işdə roluna həsr etmişdir. ADA Universitetində iki uğurlu onlayn kursun müəllifidir və hazırda Azərbaycan regionlarından birində orta məktəb üçün tədris idarəetmə sisteminin (LMS) tətbiqi üçün layihə üzərində işləyir.

Natella Tariverdiyeva

üzv

Natella Tariverdiyeva ADA Universitetinde Ali məktəb və Sertifikat programları üzrə kurator həmçinin Dil müəlliməsidir. Bakı Slavyan Universitetində rus dili və ədəbiyyatı üzrə bakalavr, rus ədəbiyyatı üzrə magistr təhsili alıb.

Texniki Dəstək

Rahid Ələkbərli

Texniki Dəstək üzrə rəhbər

Ələkbərli Rahid Zahid oğlu Azərbaycan Texniki Universiteti radiotexnika fakultəsini “Elektron hesablama vasitələrin layihələndirilməsi və texnologiyası” ixtisası üzrə magistr dərəcəsini “fərqlənmə” diplomu ilə bitirmiş, Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif institutlarında “Fiziki proseslərin avtomatlaşdırılması” ixtisası üzrə aspirant sonra isə dissertant olaraq elmi fəaliyyətini davam etdirmişdir. Hazırda İngiltərənin Liverpool Universitetində “İnformasiya Sistemlərin İdarəolunması” ixtisası üzrə təhsilini və elmi araşdırmalarını davam etdirir.
Əmək fəaliyyətinə telekommunikasiya sahəsində elektromontyor, proqramçı-mühəndis kimi başlamış, uzun illər Delta Telekom beynəlxalq telekommunikasiya operatorunda aparıcı mühəndis, baş mühəndis, texniki direktor, kommersiya işləri üzrə direktor işləmişdir. Hazırda ADA Universitetində İnformasiya Texnologiyaları və Xidmətləri şöbəsinin rəhbəri və İnformasiya Məsələləri üzrə rəhbər (CİO) kimi əmək fəaliyyətini davam etdirir.

Orxan Məmmədov

Sistem Mühəndisliyi üzrə Dəstək

Orxan Məmmədov texniki-humanitar liseyi bitirmişdir. Azərbaycan Dövlət Neft Akademiyasının (Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin) İnformatika və Kompüter Mühəndisliyi fakültəsindən bakalavr dərəcəsi və Azərbaycan Texniki Universitetinin magistr dərəcəsi almışdır.
İnformasiya Texnologiyaları sahələrində bir çox sahədə işlədikdən sonra hazırda ADA Universitetinin İnformasiya Texnologiyaları və Xidmətləri şöbəsində Baş Sistem Administratorudur.

Günay Rüstəmova

Veb Tərtibatçı

Günay Rüstəmova Bakı Dövlət Universitetini bitirmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasında elmi tədqiqatla məşğul olmuş, İngiltərənin Sent Endryus Universitetində mübadilə proqramı üzrə araşdırmalar aparmışdır.
Əmək fəaliyyətinə bank sektorunda çağrı mərkəzində mütəxəssis kimi başlamış, müxtəlif təşkilatlarda fəaliyyətini davam etdirmişdir. Hazırda ADA Universitetində İnformasiya Texnologiyaları və Xidmətləri şöbəsində Monitorinq və Çağrı Mərkəzində çalışır.

Əlaqə

Telefon

+994 12 437-32-35 dax.417(Eng)/284(Aze)

Email

sel@ada.edu.az

Ünvan

ADA Universiteti, Əhmədbəy Ağa-Oğlu küçəsi 11, Bakı, AZ1008, Azərbaycan

Sponsorlar